Ərdoğandan İsrailin İrana hücumuna reaksiya – FOTO

Ərdoğandan İsrailin İrana hücumuna reaksiya – FOTO

Hazırda oxunan: Ərdoğandan İsrailin İrana hücumuna reaksiya – FOTO

254544

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hərbi hava hücumuna münasibət bildirib.

Bizim.Media xəbər verir ki, R.T.Ərdoğan İsrailin İrana hücumlarını təxribat adlandırıb.

"Türkiyə olaraq qonşumuz İrana qarşı hücumları pisləyirik, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Dost və qardaş İran xalqına başsağlığı veririk", - o vurğulayıb.
 

Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb. Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib.


Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb. İran yaxın günlərdə sərt cavab tədbirlərinin görüləcəyini elan edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO