İranın cənubundakı Hormozgan vilayətində baş verən güclü yanğın nəticəsində 10 ticarət gəmisi yanaraq məhv olub.
Bizim.Media xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.
Hadisənin cümə axşamı günü baş verdiyi bildirilir. Yanğın vilayətin Parsian dairəsinə daxil olan Bustano kəndində yerləşən Cavad əl-Əimmə gəmi təmiri dokunda başlayıb.
Alov sürətlə yayılaraq 10 kommersiya gəmisini bürüyüb. Vilayət rəsmiləri bildiriblər ki, yanğının qarşısını almaq və alovun daha geniş əraziyə yayılmasına imkan verməmək üçün bütün resurslar səfərbər olunub.
Yanğının dəqiq səbəbi hələ müəyyənləşdirilməyib. Hadisə ilə bağlı istintaq başladılıb.
Görüntülərdə alovu və tüstünü əks etdirən dramatik kadrlar yer alıb, sosial şəbəkələrdə və xəbər agentliklərində yayımlanan videolar geniş müzakirələrə səbəb olub. Rəsmilər hadisənin nəticələrini qiymətləndirmək və təhlükəsizlik tədbirlərini gücləndirmək üçün əraziyə baxış keçiriblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:56 / 12.06.2025
İranda DƏHŞƏTLİ yanğın: 10 gəmi külə döndü — ANBAAN VİDEO
Hazırda oxunan: İranda DƏHŞƏTLİ yanğın: 10 gəmi külə döndü — ANBAAN VİDEO
Hazırda oxunan: İranda DƏHŞƏTLİ yanğın: 10 gəmi külə döndü — ANBAAN VİDEO
254361
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.