Ukrayna ilə Rusiya arasında münaqişəni həll etməyə qadir olan yeganə dünya lideri ABŞ Prezidenti Donald Trampdır.
Bizim.Media xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Ağ evin rəhbərində Rusiyaya qarşı lazımi “alətlər” var. Bu, Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə, ilk növbədə enerji sektoruna qarşı potensial yeni sanksiyalardır. Lakin Vaşinqtonun yeni məhdudiyyətlər paketinin nə qədər effektiv olacağı məlum deyil.
Zelenskinin fikrincə, Rusiya əleyhinə növbəti sanksiyalar güclü olarsa, bu, Ukraynadakı müharibəyə son qoya bilər. “Hər şey Donald Trampın əlindədir... Qərarların sürəti ondan asılıdır”, - deyə Ukrayna Prezidenti bildirib.
Bundan öncə Qərb müttəfiqlərini Moskvaya qarşı sanksiyaları gücləndirməyə çağıran Ukrayna Prezidenti hesab edir ki, G7 ölkələri, o cümlədən ABŞ və Avropa İttifaqı bundan qorxmamalı və Rusiya iqtisadiyyatına qarşı yeni məhdudiyyətlərin qüvvəyə minməsini təxirə salmamalıdır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:43 / 12.06.2025
Zelenski: “Müharibəni yalnız bu şəxs dayandıra bilər”
Hazırda oxunan: Zelenski: “Müharibəni yalnız bu şəxs dayandıra bilər”
Hazırda oxunan: Zelenski: “Müharibəni yalnız bu şəxs dayandıra bilər”
254341
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.