“Hindistandan Londona uçarkən qəzaya uğrayan sərnişin təyyarəsində azərbaycanlıların olub-olmaması ilə bağlı hələki məlumat yoxdur”.
Bu barədə Bizim.Media -ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.
O, araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, Hindistanın Əhmədabad şəhərində sərnişin təyyarəsi yaşayış məntəqəsinə düşüb. Əhmədabaddan Londona uçan "Air İndia" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində 230 sərnişin və 12 ekipaj üzvü olub. İlkin məlumata görə Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” tipli təyyarənin qəzaya uğraması nəticəsində 30 nəfər həlak olub.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Dünya
14:17 / 12.06.2025
Hindistanda qəzaya uğrayan təyyarədə azərbaycanlı sərnişin olub? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Hindistanda qəzaya uğrayan təyyarədə azərbaycanlı sərnişin olub? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Hindistanda qəzaya uğrayan təyyarədə azərbaycanlı sərnişin olub? – Rəsmi AÇIQLAMA
254335
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.