Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatlarda sərhədlərə və razılaşmalara məhəl qoymur.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı verdiyi açıqlamasında danışıb.
“Mən artıq düşünməyə başlayıram ki, onun (Putini nəzərdə tutur – red.) heç nə vecinə deyil.
Ukrayna kimi, o da bir çox əsgərini itirir. Nəticədə nə baş verəcəyini görəcəyik. Biz müəyyən bir irəliləyiş əldə etmişdik, amma birdən-birə onlar bombalamamalı olduqları yerləri vurdular. Və bu, bütün irəliləyişin sonu oldu”, – deyə Tramp bildirib.
O, bu fikirləri ilə münaqişənin diplomatik həllinə doğru atılan addımların pozulduğunu, səbəbin isə Rusiyanın atdığı gözlənilməz və razılaşdırılmamış addımlar olduğunu nəzərdə tutub.
Trampın çıxışı həmçinin, müharibədə hər iki tərəfin ciddi itkilər verdiyinə və tərəflərin artıq müəyyən "həddləri" keçdiyinə işarədir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:08 / 12.06.2025
Tramp: “Putinin heç nə vecinə deyil” – VİDEO
Hazırda oxunan: Tramp: “Putinin heç nə vecinə deyil” – VİDEO
Hazırda oxunan: Tramp: “Putinin heç nə vecinə deyil” – VİDEO
254282
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.