II Qareginin Xatun adlı qızı üzə çıxdı – FOTO

II Qareginin Xatun adlı qızı üzə çıxdı – FOTO

Hazırda oxunan: II Qareginin Xatun adlı qızı üzə çıxdı – FOTO

254124

Subaylıq andını pozan bütün ermənilərin katolikosu II Qareginin övladı var.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, bunu erməni politoloq Davit Stepanyan deyib.

“II Qareginin böyük yaşda olan bir qızının olduğu çoxdan məlumdur. Bu, Nikol Paşinyanın bəyanatından da əvvəl məlum idi, amma heç kim dilə gətirmirdi”, - ekspert bildirib.
 

D.Stepanyanın fikrincə, kilsə siyasətə girməklə kilsəni müdafiəsiz vəziyyətə salıb.


“Katolikos II Qaregin və bəzi yüksək rütbəli kilsə xadimləri Rusiyanın maraqlarına xidmət edir. Kilsə daxildən təmizlənməlidir”, - erməni politoloq əlavə edib.

D.Stepanyan vurğulayıb ki, obyektiv araşdırma aparılsa, bəzi kilsə xadimləri cinayət məsuliyyətindən yayına bilməyəcəklər.

Ermənistan KİV-in məlumatına görə, II Qareginin qızının adı Xatun Qriqoryantsdır.
Sosial medianın Ermənistan seqmentində X.Qriqoryantsın fotosu da yayılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO