Moskvada ABŞ və Rusiya arasında danışıqlar keçiriləcək

Moskvada ABŞ və Rusiya arasında danışıqlar keçiriləcək

Hazırda oxunan: Moskvada ABŞ və Rusiya arasında danışıqlar keçiriləcək

254104

ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərdəki problemlərin həlli ilə bağlı danışıqlar Moskvada baş tutacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı yeni səfiri Aleksandr Darçiyev TASS-a müsahibəsində bildirib.
 

Reuters yazır ki, əvvəllər bu görüşün İstanbulda keçiriləcəyi planlaşdırılırdı.


"Rusiya-Amerika münasibətlərinin bərpasına hələ çox var", – deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-da "dərin dövlət" və Konqresdəki antirusiya mövqeli “şahinlər” Moskva ilə yaxınlaşmanı ləngidir.

“Əminliklə deyə bilərəm ki, nümayəndə heyətləri arasında növbəti danışıqlar yaxın vaxtlarda Moskvada keçiriləcək”, – deyə Darçiyev əlavə edib.

Reuters xatırladır ki, Ukraynadakı müharibə səbəbindən Moskva ilə Qərb arasında soyuq müharibədən bəri ən ciddi qarşıdurma yaşanır. 2024-cü ildə Moskvadakı və Vaşinqtondakı yüksək vəzifəli diplomatlar agentliyə açıqlamalarında bildiriblər ki, ölkələr arasında münasibətlər heç vaxt bu qədər pis olmayıb.
 

Materialda vurğulanır ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəni ABŞ ilə Rusiya arasında bir növ “proksi müharibə” kimi qiymətləndirir və bu qarşıdurmanın qlobal müharibəyə çevrilmə riski barədə dəfələrlə xəbərdarlıq edib.


Digər tərəfdən, Müharibə Araşdırmaları İnstitutu (ISW) qeyd edir ki, Rusiya ABŞ-la strateji sabitlik üzrə danışıqlara başlamaq üçün əvvəlcədən güzəştlər tələb edir. ISW diqqət çəkir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, Rusiyanın birtərəfli moratoriumu “məntiqi sonluğa” yaxınlaşır və ABŞ “Rusiyanın fundamental maraqlarına hörmət etməlidir” ki, konstruktiv dialoqun bərpası mümkün olsun.

İnstitutun yazdığına görə, bu bəyanatlar Kremlin silahlara nəzarət mövzusundan ABŞ-a təzyiq vasitəsi kimi istifadə etmək niyyətini göstərir. Məqsəd Ukrayna məsələsində güzəşt əldə etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO