Hər birinə avtomobil hədiyyə etdi – FOTO

Hər birinə avtomobil hədiyyə etdi – FOTO

Hazırda oxunan: Hər birinə avtomobil hədiyyə etdi – FOTO

254096

Özbəkistan milli komandasının futbolçularına ölkə Prezidenti Şavkat Mirziyoyev tərəfindən BYD elektromobilləri hədiyyə edilib.

Bizim.Media xəbər verir ki, buna səbəb Özbəkistan yığmasının tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsində vəsiqə əldə etməsidir.

Avtomobillər Qətər komandası üzərində qazanılan 3:0 hesablı qələbədən sonra stadionda futbolçulara təqdim olunub.
 

Həmçinin Ş. Mirziyoyev komanda üzvlərini və məşqçiləri “Özbəkistanın fəxri” adı ilə təltif edib.


Qeyd edək ki, özbəklərin final mərhələsinin 9-cu turunda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin millisi ilə keçirilən matçı 0:0 hesabı ilə yekunlaşmışdı. Bununla da sona bir tur qalmış Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin etmişdi.

Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO