Dünyanın ən hündür metro stansiyası bu şəhərdə inşa ediləcək

Dünyanın ən hündür metro stansiyası bu şəhərdə inşa ediləcək

Hazırda oxunan: Dünyanın ən hündür metro stansiyası bu şəhərdə inşa ediləcək

254072

Dubayda Mavi xəttin genişləndirilməsi layihəsi çərçivəsində dünyanın ən hündür metro stansiyası inşa ediləcək. Şəhərin sürətlə inkişaf edən “Dubai Creek Harbour” rayonunda yerləşəcək stansiyanın adı “Emaar Properties Station” olacaq və hündürlüyü 74 metrə çatacaq.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, stansiyanın layihəsi ABŞ-ın “Skidmore, Owings & Merrill” memarlıq şirkətinə məxsusdur. Bu şirkət “Burc Xəlifə” layihəsinin müəllifi kimi tanınır. “Emaar Properties” stansiyasının layihəsi "kəsişən qapılar" konsepsiyasından ilhamlanıb və 11 min kvadratmetr sahəni əhatə edərək gündə 160 min nəfərə qədər sərnişinə xidmət edəcək.

Mavi xətti şəhərin nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq məqsədilə tikiləcək və hazırda fəaliyyət göstərən Qırmızı və Yaşıl xətlərə üç stansiya ilə birləşəcək. 2029-cu ildə istifadəyə verildikdən sonra bu xətt, Akademik şəhər, Al-Varku, Dubayın Silikon Oazisi, Beynəlxalq şəhər və Mirdif kimi əsas yaşayış və iş mərkəzlərinə gediş imkanı yaradacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO