ABŞ hakimiyyətinin immiqrasiya reydlərinə qarşı etiraz aksiyaları Texas ştatının şəhərlərinə də keçib. Ostin və Dallasda nümayişlər zamanı onlarla nümayişçi saxlanılıb.
Bizim.Media “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bunu Texasın qubernatoru Qreq Ebbott deyib.
Los-Ancelesdə davam edən kütləvi etiraz aksiyalarının üçüncü günü Texas ştatının bəzi şəhərlərində də nümayişlər başlayıb. Hakimiyyət orqanları federal binaların təhlükəsizliyini təmin etmək üçün San-Fransisko və Santa-Ana şəhərlərinə Milli Qvardiyanın bölmələrini yeridib.
Həmçinin ABŞ Prezidenti Donald Trampın göstərişi ilə əlavə olaraq Milli Qvardiyanın 2 min əsgəri və 700 dəniz piyadası Los-Ancelesə göndərilib. Bundan öncə orada 2 min qvardiyaçı yerləşdirilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:47 / 10.06.2025
ABŞ-da etirazlar Texasa da yayılıb - VİDEO
Hazırda oxunan: ABŞ-da etirazlar Texasa da yayılıb - VİDEO
Hazırda oxunan: ABŞ-da etirazlar Texasa da yayılıb - VİDEO
253957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.