Bəşər Əsəd rejiminin süqutundan əvvəl, minlərlə suriyalı zabitin smartfonuna casus proqram yüklənib və bu, Suriya ordusunun zəiflədilməsində əsas rol oynayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti yazıb.
Bu əməliyyat Əsma Əsədin adını daşıyan saxta fond vasitəsilə həyata keçirilib. Belə ki, "Syria Trust for Development" (Suriya İnkişaf Fondu) adlanan mobil tətbiq Telegram kanalları vasitəsilə ordu zabitlərinə təqdim olunub. Fond guya Əsma Əsədin təşəbbüsü ilə suriyalı hərbçilərə maliyyə yardımı edirdi.
Fırıldaq necə işləyib?
Zabitlərə deyilib ki, tətbiq vasitəsilə fondun yardımlarını almaq üçün qeydiyyatdan keçsinlər. Tətbiq vasitəsilə istifadəçilər xarici bir sayta yönləndirilib və orada öz şəxsi məlumatlarını daxil ediblər. Ancaq bu sayt fişinq texnologiyası ilə hazırlanmışdı, yəni şəxsi və həssas məlumatları ələ keçirmək üçün hazırlanmış saxta səhifə idi.
Tətbiqin Əsma Əsədin adından təqdim olunması, onun şübhə doğurmadan istifadəsinə şərait yaradıb.
Qeydiyyat bölməsində belə suallar yer alıb:
“Hansı növ yardımı gözləyirsiniz?”, “Maliyyə vəziyyətiniz barədə məlumat verə bilərsinizmi?”.
Bu suallar vasitəsilə zabitlər təkcə şəxsi məlumatlarını deyil, həmçinin ailə üzvləri, tutduqları vəzifələr və xidmət yerləri haqda da məlumat veriblər. Nəticədə Suriya ordusunun rəhbər heyəti və əlaqə-strateji bölmələri haqda geniş məlumat bazası formalaşdırılıb.
İkinci mərhələ: casus proqram – SpyMax
Bu məlumatların toplanmasından sonra ikinci mərhələyə keçilib – zabitlərin telefonlarına gizli şəkildə “SpyMax” adlı casus proqram yüklənib. Bu proqram Android əməliyyat sistemində işləyir və istifadəçinin:
mikrofonuna, kamerasına, mesajlarına, şəkillərinə və real vaxtda yerləşdiyi yerə çıxış imkanı yaradır.
APK formatında yayılan bu proqramla davamlı və dinamik şəkildə Suriya ordusunun mövqeləri, rabitəsi və hərbi hazırlıq səviyyəsi haqda məlumatlar toplanıb.
Bu əməliyyatın məqsədi Suriya ordusunun daxilini deşifrə etmək, müxtəlif zabit və bölmələri ifşa etmək və nəticədə rejimin zəiflədilməsinə kiber vasitələrlə zərbə vurmaq olub. Əsma Əsədin adından istifadə isə kütləvi etimad qazandırmaq üçün strateji gediş kimi seçilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:58 / 10.06.2025
Əsma Əsədin adı ilə Suriya ordusunu necə dağıtdılar? - Kiberəməliyyatın təfərrüatı - FOTO
Hazırda oxunan: Əsma Əsədin adı ilə Suriya ordusunu necə dağıtdılar? - Kiberəməliyyatın təfərrüatı - FOTO
Hazırda oxunan: Əsma Əsədin adı ilə Suriya ordusunu necə dağıtdılar? - Kiberəməliyyatın təfərrüatı - FOTO
253932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.