“Müharibəni bitirmək üçün ilk növbədə danışıqlar masasına Vladimir Putin oturmalıdır. Bu, indiyədək gördüyümüz o tarixçi (söhbət Vladimir Medinskidən gedir – red.) olmamalıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri NATO baş katibi Mark Rutte moderatorun "Siz Kiyevlə razısınızmı ki, bu müharibənin bitməsi üçün Rusiyaya qarşı əlavə uzaqmənzilli zərbələr endirilməlidir?" sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, həmin adam iki dəfə İstanbulda peyda olub və yenə də bizə XII əsrdən başlayaraq Rusiyanın və Ukraynanın tarixindən danışmağa başlayır:
“Mən artıq yadımda saxlamıram. O, 2022-ci ildən bəri deyilən eyni sözləri təkrar edir. Lakin bizə lazımdır ki, danışıqlara ciddi yanaşan, müharibəni həqiqətən dayandırmaq istəyən bir Rusiya olsun. Və mən düşünürəm ki, bunu təmin etməyin yeganə yolu Ukraynanın güclü qalması və mübarizəni davam etdirməsidir”.
Xatırladaq ki, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski bir müddət əvvəl Qarabağla bağlı da reallıqdan uzaq və provokativ açıqlama verib.
O, 9 iyun tarixində “Russia Today” kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları təhrif edib, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edib.
Bu fikirlər tarixi saxtalaşdırmaq cəhdi kimi qiymətləndirilib və Azərbaycanın sərt reaksiyasına səbəb olub.
Medinskinin həm Ukrayna, həm də Cənubi Qafqazla bağlı yanaşmaları Moskvanın imperiya yönlü ritorikasının bariz nümunəsi kimi çıxış edir və onun danışıqlarda vasitəçi kimi çıxış etməsinin qeyri-ciddi olduğunu bir daha sübut edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:02 / 10.06.2025
Rutte: “Müharibənin başa çatması üçün danışıqlar masasına tarixçi yox, Putin oturmalıdır” – VİDEO
Hazırda oxunan: Rutte: “Müharibənin başa çatması üçün danışıqlar masasına tarixçi yox, Putin oturmalıdır” – VİDEO
Hazırda oxunan: Rutte: “Müharibənin başa çatması üçün danışıqlar masasına tarixçi yox, Putin oturmalıdır” – VİDEO
253918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.