ABŞ-Çin danışıqları keçirildi

ABŞ-Çin danışıqları keçirildi

Hazırda oxunan: ABŞ-Çin danışıqları keçirildi

253861

Londonda ABŞ və Çin arasında ikinci raund ticarət danışıqları keçirilib.

Bizim.Media  xəbər verir ki, Çin nümayəndə heyətinə Baş nazirin müavini He Lifeng, ABŞ tərəfinə isə ticarət naziri Hovard Lutnik rəhbərlik edib.

“Müzakirə olunan məsələlərə tariflər, nadir torpaq elementləri üzrə ixrac məhdudiyyətləri, avtomobil istehsalçılarını və digər sənaye sahələrini maraqlandıran qabaqcıl texnologiyalar daxildir”, - məlumatda bildirilir.

Qeyd olunur ki, danışıqlar çərşənbə axşamı, iyunun 10-da davam etdirilə bilər.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl "Truth Social" sosial şəbəkəsində Çinin dövlət başçısı Si Cinpin ilə telefon danışığı zamanı ticarət məsələlərinin müzakirə edildiyini qeyd edib. ABŞ lideri vurğulayıb ki, danışıqlar zamanı liderlər Rusiya, Ukrayna və İranla bağlı heç nəyi müzakirə etməyiblər. (Teleqraf)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO