Şimali Koreyanın çevrilmiş esminesi Rusiya sərhədinə göndərilib

Şimali Koreyanın çevrilmiş esminesi Rusiya sərhədinə göndərilib

Hazırda oxunan: Şimali Koreyanın çevrilmiş esminesi Rusiya sərhədinə göndərilib

253848

May ayında buraxılışı zamanı batmış Şimali Koreya esminesi təmir üçün Rusiya sərhədi yaxınlığındakı Rajin limanına aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı Maxar Technologies-dən iyunun 8-də çəkilmiş peyk görüntülərinə istinadən məlumat yayıb.

Rajin limanı kiçik təmir və texniki xidmət göstərmək üçün təchiz edilib, lakin esminesin qəzasının baş verdiyi Çonqjindəki gəmiqayırma zavodundan fərqli olaraq böyük gəmiqayırma mərkəzi deyil.

Ekspertlər hesab edirlər ki, gəminin Rusiya sərhədinə yaxın limana köçürülməsi Rusiyanın bərpa işlərində mümkün iştirakından xəbər verə bilər.

Yeni 5000 tonluq esmines mayın 21-də buraxılış mərasimi zamanı çevrilib. Şimali Koreya lideri Kim Çen In tədbirdə iştirak edib və qəzanı “məqbul olmayan insident” kimi qiymətləndirib. Şimali Koreyada hərbi gəminin batması ilə bağlıgəmiqayırma zavodunun üç işçisi və bir müdafiə sənayesi rəsmisi həbs edilib. (Müsavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO