İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində iştirak etmiş 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini qazanan qalib gəlib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Seçki Qərargahı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İranda seçkilər dinc şəraitdə keçir – Güclü polis və hərbi NƏZARƏT VAR
Qeyd edək ki, İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb.
Bunlar məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Həzizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Hümməti olub.
Bizim.Media