Britaniya NATO-ya girmək istəyən Gürcüstanın gözünü Rusiya ilə qorxudur

Britaniya NATO-ya girmək istəyən Gürcüstanın gözünü Rusiya ilə qorxudur

Hazırda oxunan: Britaniya NATO-ya girmək istəyən Gürcüstanın gözünü Rusiya ilə qorxudur

253796

Gürcüstanın NATO-ya qoşulması Britaniyanı narahat edib.

Bizim.Media xəbər verir ki, britaniyalı diplomat Yan Proud “İmedi” telekanalına müsahibəsində bunu bəyan edib.

O deyib ki, Gürcüstanın bu addımı Rusiya Federasiyası ilə müharibəyə gətirib çıxaracaq, bunun üçün belə bir ssenari qəbuledilməzdir və milli maraqları təhdid edir.

“Əgər siz NATO-ya daxil olmaq istəyirsinizsə, o zaman Rusiya ilə müharibəyə hazır olun”.
 

Diplomatın fikrincə, Gürcüstan Ukrayna nümunəsinə diqqət yetirməlidir. O, xüsusilə qeyd edib ki, NATO-nun Qərb hərbi-siyasi bloku Kiyevə bir dənə də əsgər göndərməyib və “mənəvi yardım” və sursat göndərməklə kifayətlənib.


Bundan əvvəl Gürcüstan hakimiyyəti iyulun 1-dən Şimali Atlantika Alyansı və Avropa İttifaqının (Aİ) informasiya mərkəzini bağlamaq qərarına gəlmişdi. Bu, Gürcüstan prezidenti Mixail Kavelaşvilinin Ukraynada Rusiya xüsusi hərbi əməliyyatının fəaliyyətə başlamasından sonra respublikaya Qərbin təzyiqinin artması ilə bağlı bəyanatları fonunda baş vermişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO