Əfqanıstan paytaxtı yer üzündən silinə bilər – SƏBƏB

Əfqanıstan paytaxtı yer üzündən silinə bilər – SƏBƏB

Hazırda oxunan: Əfqanıstan paytaxtı yer üzündən silinə bilər – SƏBƏB

253750

Əfqanıstan paytaxtı Kabil yaxın gələcəkdə susuz qalan ilk müasir şəhər olmaq riski altındadır.

Bizim.Media xəbər verir ki, bu barədə “Mercy Corps” təşkilatının hesabatında bildirilir.
 

Son 10 ildə Əfqanıstan paytaxtında suyun səviyyəsi 30 metr aşağı düşüb. Alimlər buna səbəb kimi sürətli urbanizasiya və iqlim dəyişikliyini göstərirlər.


Belə tendensiyalar davam edərsə, Kabil 2030-cu ilə qədər öz yeraltı su ehtiyatlarını tamamilə tükəndirəcək. Bu, şəhərin 7 milyon sakini üçün təhlükə yarada bilər.

"Su çatışmazlığı insanların öz icmalarını tərk etməsi deməkdir. Tədricən boş qalmış şəhər dağıla bilər. Əgər beynəlxalq ictimaiyyət Əfqanıstanın ehtiyaclarını ödəməsə, bu, daha da böyük miqrasiya və çətinliklərə səbəb olacaq", - hesabatda vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO