Orban Rusiyaya qarşı sanksiyaları tənqid etdi: “Bu, Macarıstanı və bütövlükdə Avropanı sarsıdır"

Orban Rusiyaya qarşı sanksiyaları tənqid etdi: “Bu, Macarıstanı və bütövlükdə Avropanı sarsıdır"

Hazırda oxunan: Orban Rusiyaya qarşı sanksiyaları tənqid etdi: “Bu, Macarıstanı və bütövlükdə Avropanı sarsıdır"

253709

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ölkəsi və bütün Avropa üçün dağıdıcı təsir göstərdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Fransanın LCI telekanalına müsahibəsində deyib.
 

“Rusiyaya qarşı sanksiyalar Macarıstanı və Avropanı dağıdır”, – deyə V.Orban vurğulayıb. Onun sözlərinə görə, bu sanksiyalar nəticəsində Macarıstan son üç ildə 20 milyard avro itirib. “Bu, bizim ölkə üçün çox böyük məbləğdir”, - deyə Macarıstanın Baş naziri əlavə edib.


O, həmçinin bildirib ki, Avropa İttifaqı üzv ölkələrin suverenliyinə təhlükə yaradır, lakin yaranmış böhranlarla mübarizə aparmaqda aciz qalır.

“Ukraynadakı münaqişənin həllində Aİ uğursuzluğa düçar olub, sanksiya siyasəti də iflasa uğrayıb”, – deyə Macarıstan hökumətinin başçısı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO