Mütləq Döyüş Çempionatının (UFC) 316 turnirinin əsas görüşünün qalibi Merab Dvalişvili ABŞ Prezidenti Donald Trampın qarşısında diz çöküb.
Bizim.Media xəbər verir ki, bu barədə gazeta.ru saytı yazıb.
Belə ki, gürcü idmançı amerikalı Şon O'Mellini məğlub etdikdən sonra oktaqonu aşaraq, ABŞ-ın 47-ci prezidentinin qarşısında diz çöküb və daha sonra onunla qısa söhbət edib.
Söhbət bitdikdən sonra Dvalişvili və Tramp əl sıxıblar və döyüşçü oktaqona qayıdıb.
Qeyd edək ki, döyüş Nyuarkda baş tutub və gürcü idmançının üçüncü raundda boğucu fəndlə qalib gəlməsi ilə başa çatıb.
O, ən yüngül çəki dərəcəsində çempionluq kəmərini qoruyub saxlayır.
34 yaşlı Dvalişvilinin hesabında 20 qələbə və 4 məğlubiyyət var.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:28 / 08.06.2025
Gürcü UFC döyüşçüsü Trampın qarşısında diz çökdü
Hazırda oxunan: Gürcü UFC döyüşçüsü Trampın qarşısında diz çökdü
Hazırda oxunan: Gürcü UFC döyüşçüsü Trampın qarşısında diz çökdü
253657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.