Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın müdafiə naziri Ruslan Jaqsılıkovu vəzifəsindən azad edib. Müdafiə Nazirliyinin yeni rəhbəri daha əvvəl müdafiə nazirinin müavini – Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanı vəzifəsini icra edən Dauren Kosanov təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, Tokayev nəqliyyat naziri Marat Karabayevin də vəzifədən azad edilməsi barədə qərar verib. Qeyd edək ki, prezident ona daha əvvəl töhmət elan etmişdi.
Qazaxıstan Nəqliyyat Nazirliyinə kimin rəhbərlik edəcəyi barədə isə hələlik məlumat verilməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:39 / 08.06.2025
2 nazir işdən çıxarıldı
Hazırda oxunan: 2 nazir işdən çıxarıldı
Hazırda oxunan: 2 nazir işdən çıxarıldı
253653
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.