Rusiya Silahlı Qüvvələri son sutkada Ukraynanın Xarkov vilayətinin 9 yaşayış məntəqəsinə müxtəlif növ silahlarla zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov öz teleqram kanalında yazıb.
“Xarkov şəhərində 2 nəfər həlak olub, 18 nəfər yaralanıb; Starı Saltiv qəsəbəsində 46 və 53 yaşlı qadınlar və 30 yaşlı kişi yaralanıb; Kupyansk şəhərində 44 yaşlı kişi yaralanıb; Kazaça Lopan kəndində 60 yaşlı kişi həlak olub, 47 yaşlı kişi yaralanıb”, – Sinequbov yazıb.
Onun sözlərinə görə, Xarkovda atəş nəticəsində 3 fərdi ev, inzibati və qeyri-yaşayış binaları, ippodrom və 3 avtomobil, “Uşaq dəmir yolu” binası zədələnib. Vilayətin Xarkov rayonunda 4 fərdi ev, təsərrüfat tikililəri və qaz təchizatı borusu, Kupyansk rayonunda 2 şəxsi ev və təsərrüfat tikililəri, İzyum rayonunda anbar binası, avtomobil və ekskavator, Çuquyv rayonunda isə 2 avtomobil zədələnib.
Zelenski Xarkova endirilmiş Rusiya zərbəsinə münasibət bildirib.
“40-dan çox yaralı var. Uşaq dəmiryolu yaxınlığına KAB-larla (hava bombaları ilə) zərbə endirilib. Bu, növbəti amansız qətldir.”
Bizim.Media