Rusiyanın Tula vilayətinin Novomoskovsk şəhərində azı beş güclü partlayış baş verib.
Bizim.Media xəbər evrir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Şəhər sakinləri beşdən səkkizə qədər partlayış səsi eşitdiklərini bildiriblər. Teleqram kanallarının məlumatına görə, pilotsuz uçuş aparatlarından (PUA) biri "Azot" kimya zavoduna düşüb.
Qeyd edək ki, bu müəssisə 24 mayda da Ukraynanın hücumu ilə üzləşmişdi. Həmin vaxt PUA-ların zavoda düşməsi nəticəsində 4-cü sexdə təbii qazla işləyən aşağı təzyiqli boru xətti alovlanmış, hər biri 750 tonluq iki azot turşusu çəni zədələnmişdi. Onlardan birindən azot turşusu yerə axmışdı. Hücum günü zavod tamamilə fəaliyyətini dayandırmışdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:25 / 08.06.2025
Ukrayna ordusu Rusiyanın "Azot" kimya zavodunu yandırdı – VİDEO
Hazırda oxunan: Ukrayna ordusu Rusiyanın "Azot" kimya zavodunu yandırdı – VİDEO
Hazırda oxunan: Ukrayna ordusu Rusiyanın "Azot" kimya zavodunu yandırdı – VİDEO
253620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.