ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi məşhur TikToker Xabi Leymi saxlayıb.
Bizim.Media Agence France-Presse-ə (AFP) istinadən xəbər verir ki, TikToker iyunun 6-da Las-Veqasdakı Harri Rid Beynəlxalq Hava Limanında müddəti bitmiş vizaya görə saxlanılıb.
Qısa həbsdən sonra ona könüllü olaraq ABŞ-ı tərk etməyə icazə verilib.
Qeyd edək ki, TikTok-a görə, italiyalı blogger Leym 162 milyondan çox abunəçi ilə tətbiqdə ən çox izlənən şəxsdir.
Bundan əvvəl qəbul edilmiş qərara əsasən viza qaydalarını, hətta bilməyərəkdən pozan şəxslər ABŞ-dan heç bir güzəştsiz çıxarılır və onların ölkəyə girişi ömürlük qadağan olunur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:09 / 08.06.2025
Məşhur TikToker ölkədən qovuldu - FOTO
Hazırda oxunan: Məşhur TikToker ölkədən qovuldu - FOTO
Hazırda oxunan: Məşhur TikToker ölkədən qovuldu - FOTO
253618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.