Senator seçki mitinqində güllələndi - ANBAAN VİDEO

Senator seçki mitinqində güllələndi - ANBAAN VİDEO

Hazırda oxunan: Senator seçki mitinqində güllələndi - ANBAAN VİDEO

253610

2026-cı ilin mayında keçiriləcək seçkilərdə prezidentliyə mümkün namizəd hesab edilən kolumbiyalı senator Migel Uribe şənbə günü Boqotada seçki mitinqində çıxışı zamanı hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Agentlik hadisə yerindən çəkilmiş fotoşəkillərə əsasən, Uribenin başından vurulduğunu qiymətləndirib.

Hücumçu senatorun mühafizəçisi tərəfindən yaralanıb və saxlanılıb. Onun hərəkətlərinin motivləri barədə hələ heç bir məlumat yoxdur. Saxlanma faktını sosial şəbəkələrdə Boqota meri Karlos Qalan təsdiqləyib.

Uribenin sağçı Demokratik Mərkəz partiyası bəyanat yayaraq hadisəni “qəbuledilməz zorakılıq aktı” adlandırıb.

Senatorun səhhəti ilə bağlı hələlik rəsmi məlumat yoxdur, lakin Kolumbiya mediası onun vəziyyətinin ağır olduğunu yazır.

 


                        
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO