Hindistanın Baş naziri Narendra Modi Kəşmirin dağ vadisində inşa olunmuş dünyanın ən hündür dəmir yolu körpüsü — Çenab körpüsünün təntənəli açılışını edib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.
Çenab çayı üzərindəki körpünün tikintisi onilliklərlə davam edib. Körpünün tağvari konstruksiyası çayın səviyyəsindən 359 metr hündürlükdə yerləşir — bu, Eyfel qülləsindən 29 metr daha hündürdür. Körpünün uzunluğu 1315 metr təşkil edir və layihənin ümumi dəyəri 160 milyon dolları keçib.
Bu körpü, Kəşmiri Hindistanın digər əraziləri ilə birləşdirən ilk dəmir yolu marşrutunun bir hissəsidir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:05 / 07.06.2025
Dünyanın ən hündür dəmir yolu körpüsünün açılışı oldu - VİDEO
Hazırda oxunan: Dünyanın ən hündür dəmir yolu körpüsünün açılışı oldu - VİDEO
Hazırda oxunan: Dünyanın ən hündür dəmir yolu körpüsünün açılışı oldu - VİDEO
253556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.