Yaş həddi 18-dən 21-ə QALDIRILDI

Yaş həddi 18-dən 21-ə QALDIRILDI

Hazırda oxunan: Yaş həddi 18-dən 21-ə QALDIRILDI

253530

Rusiya Federasiyası hərbi çağırış sistemində ciddi dəyişikliklərə start verir.

Bizim.Media xəbər verir ki, ölkənin Dövlət Duması tərəfindən qəbul edilən qanun layihəsinə əsasən, ölkənin bir sıra vilayətlərində Rusiya Silahlı Qüvvələrinə çağırış üçün yaş həddi 18-dən 21-ə qaldırılır.
 

Dəyişikliklər çərçivəsində yuxarı yaş həddi isə artıq 27-dən 30 yaşa qədər artırılıb. Bu qərar 2024-cü ilin yanvar ayından qüvvəyə minib və mərhələli şəkildə tətbiq olunması planlaşdırılır.


Qanunverici orqanların açıqlamasına görə, bu dəyişikliklər Rusiya ordusunun ehtiyat resurslarını gücləndirmək, həmçinin hərbi xidmətə daha yetkin və fiziki cəhətdən hazırlıqlı şəxsləri cəlb etmək məqsədi daşıyır. Əsgərlik yaşının 21-ə qədər artırılması, həm də gənclərə təhsilini tamamlamaq, ali məktəbə qəbul olunmaq və fərdi inkişaf üçün əlavə zaman qazandıracaq.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, bu qərar həm daxili təhlükəsizlik siyasəti, həm də ölkənin artan müdafiə tələbləri fonunda qəbul edilib. Son illər Ukrayna ilə münaqişə və beynəlxalq geosiyasi gərginliklər fonunda Rusiya ordusunun kadr ehtiyatlarının modernləşdirilməsinə ciddi ehtiyac yaranıb. (News24.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO