Zelenski SİRLƏRİ AÇDI – “Sürücülərin də dron daşıdıqlarından xəbəri olmayıb” – VİDEO

Zelenski SİRLƏRİ AÇDI – “Sürücülərin də dron daşıdıqlarından xəbəri olmayıb” – VİDEO

Hazırda oxunan: Zelenski SİRLƏRİ AÇDI – “Sürücülərin də dron daşıdıqlarından xəbəri olmayıb” – VİDEO

253502

Rusiya hərbi aerodromlarına 1 iyun tarixində həyata keçirilən kütləvi dron hücumunda istifadə edilən konteynerlərin rusiyalı sürücülər tərəfindən daşındığı, lakin onların bu konteynerlərin dronlarla təchiz olunduğundan xəbərsiz olduğu üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABC News kanalına müsahibəsində deyib.
 

“O insanlar heç nə bilmirdilər. Onlar sadəcə öz işlərini görürdülər”, Zelenski vurğulayıb.


Dövlət başçısı əlavə edib ki, hücum zamanı yalnız Ukrayna istehsalı olan silahlardan istifadə olunub və qərb müttəfiqlərinin texnikasına ehtiyac olmayıb.

“Mən çox istərdim ki, biz yalnız öz istehsalımız olan vasitələrdən istifadə edək.”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı çərçivəsində Rusiya ərazisində yerləşən dörd hərbi aviabazaya 117 dron buraxılıb. Ekspertlərin qiymətləndirməsinə görə, bu hücum Rusiya strateji aviasiyasına indiyə qədər endirilmiş ən böyük zərbə olub.

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatına əsasən, hücum nəticəsində 40-dan çox strateji hərbi təyyarə zərər görüb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO