Teslanın sahibi, milyarder İlon Mask ABŞ-da yeni partiya yaratmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, Mak bu barədə “X” hesabında məlumat verib.
Yeni partiya "Amerika Partiyası" adlanacaq.
Onun sözlərinə görə, ABŞ-ın buna ehtiyacı var.
Qeyd edək ki, biznesmenin ideyası X istifadəçilərinin 80%-i tərəfindən dəstəklənib.
Xatırladaq ki, Qeyd edək ki, iyunun 5-də Tramp və Mask sosial şəbəkələrdə bir-birinə qarşı sərt ittihamlar səsləndiriblər. Mask yeni siyasi partiya yaratmaqla bağlı “X” hesabında sorğu keçirib. Teslanın sahibi Trampın impiçmentini dəstəklədiyini də açıq şəkildə bildirib və ABŞ liderini pedofiliyada ittiham edib. Tramp isə Maskın fəaliyyətinin effektiv olmadığını və milyarderin ağlını itirdiyini vurğulayıb.
Bizim.Media