TikTok-da heyrətamiz dəyişimini paylaşan Koz adlı gənc, karbohidratla dolu hamburger, cips və çörək əsaslı pəhrizdən tamamilə imtina edib.
Bizim.Media xəbər verir ki, o az yağlı zülallara əsaslanan yeməklər istehlak edib.
Onun hər səhər yediyi yağsız qatıq, bal və meyvə birləşməsi bu dəyişiklikdə əsas rol oynayıb.
Koz, əzələ kütləsini artırdığını, zülal sayəsində bədəninin daha sıx və fit olduğunu söyləyib. Üstəlik, o, bu müddət ərzində ona “işgəncə kimi” hiss olunan ağır idmanlardan da uzaq durub.
İndi o, çantasında şokolad və çips əvəzinə edamame paxlası və kəsmik aparır:
"Edamame əla bitki əsaslı zülal qaynağıdır. Tox saxlayır və əzələ qurmağa kömək edir". (News24.az)
Bizim.Media