Çində yeni virus AŞKARLANDI – Növbəti pandemiya XƏBƏRDARLIĞI

Çində yeni virus AŞKARLANDI – Növbəti pandemiya XƏBƏRDARLIĞI

Hazırda oxunan: Çində yeni virus AŞKARLANDI – Növbəti pandemiya XƏBƏRDARLIĞI

253383

Çində yeni yayılan HKU5 koronavirus ştamı pandemiyaya çevrilə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə “Nature Communications” jurnalında məqalə dərc olunub.

Burada söhbət merbekoviruslar adlanan koronavirus altqrupundan gedir. Bu qrupa həmçinin 2012-ci ildə insanlarda ilk dəfə aşkar olunan və dəvələrdən ötürülən, təxminən 34% ölüm göstəricisinə malik ağır respirator xəstəlik törədicisi MERS-CoV da daxildir.

Araşdırmanı Vaşinqton Dövlət Universiteti, Kaliforniya Texnologiya İnstitutu və Şimali Karolina Universitetinin alimləri həyata keçirib.

Merbekovirusların əksəriyyəti insanlar üçün ciddi risk yaratmasa da, alimlər HKU5 altqrupuna xüsusi diqqət yetiriblər. Bu viruslar Asiya, Avropa, Afrika və Yaxın Şərqdəki yarasalarda aşkarlanıb. Maraqlısı odur ki, HKU5 ştammlarından biri artıq yarasadan qunduzlara keçərək növlərarası ötürülmə siqnalı verib.
 

Alimlər süni intellektdən istifadə edərək HKU5 virusunun insan hüceyrələrinə yapışmaq üçün tələb olunan spayk (S) zülalının artıq demək olar ki, uyğun olduğunu müəyyən ediblər. Onların qənaətinə görə, bu virusun insanlara yoluxması yalnız bir genetik dəyişiklik qədər uzaqdadır.


Bu araşdırma zoonoz xəstəliklərin (heyvandan insana keçən virusların) davamlı nəzarətdə saxlanılmasının və erkən xəbərdarlıqların əhəmiyyətini bir daha gündəmə gətirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO