Günəşdə qaralmaq xərçəng riskini ARTIRIR

Günəşdə qaralmaq xərçəng riskini ARTIRIR

Hazırda oxunan: Günəşdə qaralmaq xərçəng riskini ARTIRIR

253377

Türkiyənin Xalq Sağlamlığı Qurumunun, Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə günəş şüaları altında qaralmaq dəri xərçəngi riskini artırır.

Bizim.Media EnSonHaber-ə istinadən xəbər verir ki,  günəş şüaları altında qaralmaq dəriyə zərər verən ultrabənövşəyi (UV) şüalar səbəbilə risklidir. 
 

Bu şüalar dəri hüceyrələrində DNT zədələnməsinə səbəb olur və bu da melanoma, bazal hüceyrəli və skuamoz hüceyrəli dəri xərçənglərinin inkişafında mühüm rol oynayır.


Türkiyə Onkologiya Dərnəyinin məlumatına görə, uşaqlıq və gənclik dövründə günəşə tez-tez və uzun müddət məruz qalmaq, yaşlandıqca dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.

Bəs buna qarşı nə etmək lazımdır? 

Türkiyənin Səhiyyə Nazirliyinin məlumatına  əsasən günün ən isti saatlarında günəş şüalarına birbaşa məruz qalmamaq, qoruyucu geyimlər geyinmək, qoruyucu krem istifadə etmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO