Medvedev Mask və Trampı ƏLƏ SALDI – “Vasitəçilik edə bilərik” – FOTO

Medvedev Mask və Trampı ƏLƏ SALDI – “Vasitəçilik edə bilərik” – FOTO

Hazırda oxunan: Medvedev Mask və Trampı ƏLƏ SALDI – “Vasitəçilik edə bilərik” – FOTO

253375

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev hazırda böyük qalmaqal yaşayan Donald Tramp və İlon Mask arasında vasitəçiliyə hazır olduqlarını bildirib.

Bizim.Media xəbər verir ki, Dmitri Medvedev bu barədə sosial şəbəkə hesabında yazıb. 

“Rusiya müəyyən ödəniş, məsələ Starlinkin səhimləri müqabilində Tramp və Mask arasında barışığı asanlaşdırmağa hazırdır”, - deyə Medvedev bildirib.
 

Qeyd edək ki, iyunun 5-də Tramp və Mask sosial şəbəkələrdə bir-birinə qarşı sərt ittihamlar səsləndiriblər. Mask yeni siyasi partiya yaratmaqla bağlı “X” hesabında sorğu keçirib. Teslanın sahibi Trampın impiçmentini dəstəklədiyini də açıq şəkildə bildirib və ABŞ liderini pedofiliyada ittiham edib.


Tramp isə Maskın fəaliyyətinin effektiv olmadığını və milyarderin ağlını itirdiyini vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO