Maskla gərginlik Trampa baha BAŞA GƏLDİ – 1,1 milyardlıq ZƏRƏR

Maskla gərginlik Trampa baha BAŞA GƏLDİ – 1,1 milyardlıq ZƏRƏR

Hazırda oxunan: Maskla gərginlik Trampa baha BAŞA GƏLDİ – 1,1 milyardlıq ZƏRƏR

253363

ABŞ Prezidenti Donald Tramp İlon Maskla qalmaqaldan sonra bir günə 1,1 milyard dollardan çox vəsait itirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, “Trump Media & Technology Group” şirkətinin səhmləri 8 % ucuzlaşıb və bu, prezidentə 202 milyon dollara başa gəlib.

Bundan əlavə, Trampın memkoininin dəyəri 10 % ucuzlaşaraq dövlət başçısının sərvətini təxminən 900 milyon dollar azaldıb.
 

Qeyd edək ki, iyunun 5-də Tramp və Mask sosial şəbəkələrdə bir-birinə qarşı sərt ittihamlar səsləndiriblər. Mask yeni siyasi partiya yaratmaqla bağlı “X” hesabında sorğu keçirib. Teslanın sahibi Trampın impiçmentini dəstəklədiyini də açıq şəkildə bildirib və ABŞ liderini pedofiliyada ittiham edib.


Tramp isə Maskın fəaliyyətinin effektiv olmadığını və milyarderin ağlını itirdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO