Milyarder İlon Mask isə Donald Tramp arasında gərginlik pik həddə çatıb. Belə ki, Mask ABŞ Prezidentinə qarşı sensasion ittihamlar səsləndirib.
Bizim.Media xəbər verir ki, biznesmen X hesabında qeyd edib ki, Trampın adı olunan amerikalı maliyyəçi Cefri Epşteynin işi ilə bağlı sənədlərdə keçir:
"Əsl bombanı atmağın vaxtı gəldi: Prezident Donald Tramp Epşteyn davasında iştirak edir. Bu, faylların ictimaiyyətə açıqlanmamasının əsl səbəbidir. Gününüz xeyir, Donald Tramp!"
Qeyd edək ki, Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar 2002-2005-ci illər arasında onun Manhettendəki evinə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın ziyarətini təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin malikənəsində azyaşlı qızlarla görüşdüyü iddia olunan çox sayda məşhur dövlət xadimləri, biznesmenlər və şou-biznes ulduzları var.
Xatırladaq ki, Mask daha əvvəl yeni siyasi partiya yaratmaqla bağlı “X” hesabında sorğu keçirib. Teslanın sahibi Trampın impiçmentini dəstəklədiyini də açıq şəkildə bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:54 / 06.06.2025
Maskdan Trampa növbəti ZƏRBƏ – Sensasion pedofiliya İTTİHAMI – FOTO
Hazırda oxunan: Maskdan Trampa növbəti ZƏRBƏ – Sensasion pedofiliya İTTİHAMI – FOTO
Hazırda oxunan: Maskdan Trampa növbəti ZƏRBƏ – Sensasion pedofiliya İTTİHAMI – FOTO
253333
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.