Prokuror Oleq Bakinskiyə həbs cəzası TƏLƏB ETDİ

Prokuror Oleq Bakinskiyə həbs cəzası TƏLƏB ETDİ

Hazırda oxunan: Prokuror Oleq Bakinskiyə həbs cəzası TƏLƏB ETDİ

253270

Oleq Krapivin (Oleq Bakinski) və onunla birgə mühakimə olunan Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfi çıxış edib.
 

Prokuror deyib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.


Bu əsasla müttəhimlərin hər ikisinə sanksiya həddində cəza təyin edilməlidir. Konkret olaraq Oleq Bakinskinin (Krapivin) xuliqanlıq maddəsi ilə 3 il, Kuçer Konstantin Antonoviçin isə xuliqanlıqla yanaşı, xüsusilə külli miqdarda dələduzluq əməllərinə görə 14 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Tələbə əsasən, bir neçə gün əvvəl ev dustaqlığına buraxılmış Bakinskinin yenidən həbs olunmalıdır. Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün vaxt verilib. İttihama görə, təqsirləndirilən şəxslər Bakıdakı ofislərdən birində Zaxarenkov Valeriy Nikolayeviçə xəsarət yetiriblər. Kuçer Konstantin həmçinin “Avıazapçast” ASC və “Promyshlenye Postavkı Kazakhstan” MMC-yə qarşı dələduzluq əməllərində ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO