Moskva Bakını “Rus Evi”nin açılmasına görə razı salmağa çalışır

Moskva Bakını “Rus Evi”nin açılmasına görə razı salmağa çalışır

Hazırda oxunan: Moskva Bakını “Rus Evi”nin açılmasına görə razı salmağa çalışır

253171

Rusiya “Rus Evi”nin mümkün bağlanması məsələsini nizamlamağa çalışır və bu məqsədlə Azərbaycan tərəfi ilə təmasdadır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə açıqlama verib.
 

“Biz istəyirik ki, bu məsələ nizamlansın və “Rus Evi” bağlanmasın. Hazırda bu istiqamətdə Azərbaycan tərəfi ilə təmasdayıq. Hesab edirik ki, bu məsələ Rusiya və Azərbaycan arasında müttəfiqlik xarakterli əməkdaşlıq çərçivəsində həll olunmalıdır. Biz düşünürük ki, bu cür məsələlərə də məhz belə yanaşmaq lazımdır”, – deyə o bildirib.


Qaluzin əlavə edib ki, hər iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyəti və adət-ənənələri ilə tanış olması üçün Rusiya və Azərbaycandakı müvafiq strukturlar vasitəsilə maksimum imkanlar yaradılmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO