Qiyamət balığı sahilə çıxdı - Bədbəxt hadisələrin gəlişindən xəbər verir

Qiyamət balığı sahilə çıxdı - Bədbəxt hadisələrin gəlişindən xəbər verir

Hazırda oxunan: Qiyamət balığı sahilə çıxdı - Bədbəxt hadisələrin gəlişindən xəbər verir

253147

İyunun 2-də Avstraliyanın Tasmaniya sahillərində "qiyamət balığı" kimi tanınan avar balığı sahilə çıxıb.

Bizim.Media xəbər verir ki, "ABC News" balığın sirli görünüşünün təfərrüatlarını paylaşıb.

Bildirilib ki, heyvanı iti ilə çimərlikdə gəzən Sybil Robertson adlı şəxs tapıb.

"Uçan qartala baxırdım və onun sahilə endiyini gördüm. Fikirləşdim: "Bu, qeyri-adi bir şeydir. Onların sahilə endiyini tez-tez görmürsən", - avstraliyalı deyib.

Qız ora gedib və qumun üzərində uzanmış ölü uzun balıq tapıb. Robertson avar balığını dəqiq ölçə bilməyib, ancaq onun üç addım uzunluğunda olduğunu söyləyib.

O, balığın fotosunu çəkərək paylaşıb. Daha sonra elm adamları tədqiqat aparmaq üçün balığı ərazidən götürüblər.

Qeyd edək ki, bu balıq növü okeanda 150-500 metr dərinlikdə yaşayır. 
 

Yaponlar hesab edirlər ki, avar balığını görmək tezliklə qasırğaların və zəlzələlərin başlayacağına işarədir. Bu balıq böyük dərinliklərdə yaşadığından, onun tektonik plitələrin hərəkətini hiss etdiyinə inanılır, buna görə də səthə üzür.


Qiyamət balığı, Sakit Okean, Atlantik və Hind okeanlarının isti, isti mülayim və mülayim sularında rast gəlinən şüa qanadlı yarı dərin su balığı növüdür. Uzunluğu 3,5 m olan bədənin hündürlüyü 25 sm, qalınlığı isə cəmi 5 sm-dir, çəkisi 250 kq-a çata bilər. (baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO