Roma Papası XIV Leo Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
Bizim.Media xəbər verir ki, Vatikan mətbuat xidmətinin yaydığı məlumata görə, söhbət zamanı tərəfləri maraqlandıran müxtəlif məsələlərlə yanaşı, əsas diqqət Ukraynadakı vəziyyətə və sülh mövzusuna yönəlib.
Papa Rusiya tərəfini sülhə töhfə verəcək bir jest etməyə çağırıb. O, həmçinin tərəflər arasında müsbət əlaqələrin qurulması və münaqişənin həlli yollarının axtarışı üçün dialoqun əhəmiyyətini vurğulayıb.
Tərəflər arasında humanitar vəziyyət, zəruri hallarda yardımların göstərilməsinə dəstək, əsirlərin mübadiləsi istiqamətində davamlı səylər və bu sahədə kardinal Matteo Zuppinin gördüyü işlərin əhəmiyyəti də müzakirə olunub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:20 / 05.06.2025
Roma Papası Putini sülhə töhfə verəcək bir addım atmağa ÇAĞIRDI
Hazırda oxunan: Roma Papası Putini sülhə töhfə verəcək bir addım atmağa ÇAĞIRDI
Hazırda oxunan: Roma Papası Putini sülhə töhfə verəcək bir addım atmağa ÇAĞIRDI
253117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.