“Putin və Tramp telefon danışığına Ukrayna ətrafındakı vəziyyəti müzakirə etməklə başlayıblar.
Rusiya lideri İstanbulda keçirilən danışıqların nəticələrindən ətraflı danışıb, onları faydalı adlandırıb. Tramp Putinə təsdiqləyib ki, ABŞ Kiyevin Rusiya aerodromlarına zərbələr endirmək planlarından xəbərsizdir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ladimir Putinlə Donald Tramp arasında telefon danışığının yekunlarına dair brifinq zamanı bildirib.
Uşakov bildirib ki, Putin və Tramp Rusiya və Ukrayna arasında memorandum layihəsinin mətnlərini müzakirə etməyiblər: “Putin və Zelenski arasında görüş məsələsi heç vaxt praktiki müstəvidə olmayıb.
Tramp bildirib ki, əgər Rusiya İranla nüvə sazişinin tərəfi kimi çalışsa, ona minnətdar olacaq.
Liderlər Ukrayna ilə bağlı ən yüksək səviyyədə və digər kanallar vasitəsilə təmasları davam etdirmək barədə razılığa gəliblər”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:07 / 04.06.2025
Putin və Tramp Ukrayna ilə bağlı təmasları davam etdirmək barədə razılığa gəliblər
Hazırda oxunan: Putin və Tramp Ukrayna ilə bağlı təmasları davam etdirmək barədə razılığa gəliblər
Hazırda oxunan: Putin və Tramp Ukrayna ilə bağlı təmasları davam etdirmək barədə razılığa gəliblər
253101
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.