Zaxarova: “Rusiya və Ukrayna arasında cəsədlərin təhvil verilməsi yaxın vaxtlarda başlayacaq”

Zaxarova: “Rusiya və Ukrayna arasında cəsədlərin təhvil verilməsi yaxın vaxtlarda başlayacaq”

Hazırda oxunan: Zaxarova: “Rusiya və Ukrayna arasında cəsədlərin təhvil verilməsi yaxın vaxtlarda başlayacaq”

253057

Rusiya tərəfinin İstanbulda əldə olunmuş razılaşmalara əsasən həlak olmuş 6 min ukraynalı hərbçinin cəsədini Ukraynaya təhvil vermə prosesi yaxın vaxtlarda başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə məlumat verib.
 

"Rusiya tərəfi Ukrayna tərəfinə 6 min ukraynalı hərbçinin cəsədini təhvil verəcək", – deyə o bildirib.


Zaxarova qeyd edib ki, bu, Moskvanın xoşniyyətli jestidir. Onun sözlərinə görə, təhvil prosesi artıq yaxın günlərdə başlanacaq.

Zaxarova həmçinin əlavə edib ki, Rusiya bir sıra cəbhə xəttlərində atəşkəs elan edilməsini təklif edib ki, bu da həlak olanların axtarışı və cəsədlərin toplanması məqsədi daşıyır.

“Bütün ağır xəstə və ağır yaralı hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı da razılıq əldə olunub”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, bu dəyişikliklər üçün daimi fəaliyyət göstərəcək tibbi komissiyalar yaradılacaq və siyahılar məhz həmin komissiyaların rəylərinə əsasən formalaşdırılacaq. Bu rəylər siyasi qərarlardan asılı olmayacaq və mütəmadi şəkildə hazırlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO