Çeçenistan hakimiyyəti müsəlmanları təhqir edən erməninin qaçırılmadığını açıqladı – VİDEO

Çeçenistan hakimiyyəti müsəlmanları təhqir edən erməninin qaçırılmadığını açıqladı – VİDEO

Hazırda oxunan: Çeçenistan hakimiyyəti müsəlmanları təhqir edən erməninin qaçırılmadığını açıqladı – VİDEO

253012

“Erməni əsilli Areq Samveloviç Şepixinin qaçırılmayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev deyib.

Dudayevin sözlərinə görə, həmin şəxs dəfələrlə etnik təmizləməyə və nasizmə çağırış edib, dini və Allahı təhqir edib, açıq-aşkar ekstremist fikirlər səsləndirib və azyaşlı uşaqları zorlamaq niyyətində olduğunu bəyan edib.


Qeyd olunub ki, polis Şepixinin dindarların dini hisslərini təhqir etmək məqsədilə törətdiyi ictimai hərəkətləri araşdırır:

“Açıq, aşkar və dəfələrlə etnik təmizləməyə və nasizmə çağıran, dini və Allahı təhqir edən, eyni zamanda açıq-aşkar ekstremist fikirlər səsləndirən və azyaşlı uşaqları zorlamaq niyyətində olduğunu bəyan edən cinayətkar Şepixin qaçırılmayıb, saxlanılıb. Şepixin barəsində eyni anda beş maddə üzrə, o cümlədən zorlama, casusluq, nifrətin qızışdırılması və ictimai terrora çağırışlar üzrə istintaq aparılır”.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO