Şoyqu Pxenyana getdi – Kim Çen Inla Ukraynadakı müharibəni müzakirə edəcək

Şoyqu Pxenyana getdi – Kim Çen Inla Ukraynadakı müharibəni müzakirə edəcək

Hazırda oxunan: Şoyqu Pxenyana getdi – Kim Çen Inla Ukraynadakı müharibəni müzakirə edəcək

252996

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen Inlə Ukraynadakı müharibəni müzakirə etmək üçün Pxenyana səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Bildirilir ki, Şoyqu artıq Şimali Koreya paytaxtına çatıb və burada Kim Çen Inlə birbaşa görüş keçirəcək, əsas müzakirə mövzusu isə Ukraynadakı müharibənin gedişi və gələcək planlar olacaq.
 

Qeyd edək ki, Şimali Koreya prezidenti Kim Çen In Ukrayna müharibəsində Rusiya Federasiyasını açıq şəkildə dəstəkləyir.


Əldə edilən məlumata görə, Pxenyan Rusiyaya öz hərbi kontingentini göndərib. Şimali Koreyalı əsgərlər Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak ediblər. 2025-ci ilin 30 aprel tarixinə olan statistikaya əsasən, Şimali Koreya hərbçiləri arasında 4700 nəfər yaralanıb, onlardan təxminən 600-ü həlak olub. Bu fakt, Şimali Koreyanın artıq münaqişədə dolayısı ilə deyil, birbaşa iştirak etdiyini göstərir.

2024-cü il ərzində KXDR Rusiyaya 9 milyonadək artilleriya mərmisi və raket sursatı göndərib. Bu rəqəm əvvəlki təxminləri bir neçə dəfə üstələyir və iki ölkə arasında hərbi təchizatın intensivliyini göstərir.

Bunun müqabilində, Kreml Pxenyana hərbi-texniki dəstək verir. 2024-cü ilin sonlarından etibarən, Şimali Koreyaya “Pantsir” zenit-raket kompleksi, radioelektron mübarizə sistemləri və digər müasir texnologiyalar təhvil verilib. Bu təchizatlar beynəlxalq sanksiyaların kobud şəkildə pozulması anlamına gəlir və Moskva ilə Pxenyan arasında dərinləşən hərbi əməkdaşlığı təsdiqləyir.
 

Şoyqunun Pxenyana səfəri, iki ölkənin Ukrayna müharibəsində daha sıx koordinasiyaya keçməyə hazırlaşdığını göstərir. Rusiya Şimali Koreyadan həm canlı qüvvə, həm də silah təchizatı baxımından geniş dəstək alır, bu da Kremlin Ukraynadakı itkilərini kompensasiya etmək cəhdlərindən biridir.


Bu səfər, beynəlxalq ictimaiyyətin diqqətindədir və Rusiya ilə Şimali Koreya arasında formalaşmaqda olan yeni təhlükəli ittifaqın növbəti mərhələsinə keçidi ifadə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO