PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Hazırda oxunan: PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

252908

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçisi, dünya təşkilatın siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyinin mətbuat xidməti bildirib.

 

Vurğulanıb ki, tərəflərin görüşündə BMTİP-in “Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətdə əsas lider kimi mövqe tutmasına kömək etmək öhdəliyi bir daha təsdiqlənib”.

 

Qeyd edək ki, mayın 7-də Markos Neto Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilmiş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO