Rusiya və Ukrayna danışıqların növbəti raundu ilə bağlı razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan TRT Haber telekanalına müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Ukraynaya qarşı sərt cavab tədbiri görəcək – “New York Times”
O qeyd edib ki, Türkiyə görüşü səbirsizliklə gözləyir. H. Fidan görüşün tarixi ilə bağlı təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, daha əvvəl Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda iki görüş keçirilib.
Bizim.Media