ABŞ-dən Çin nəhənginə QADAĞA – Bu şirkətə çip satışı YASAQLANDI

ABŞ-dən Çin nəhənginə QADAĞA – Bu şirkətə çip satışı YASAQLANDI

Hazırda oxunan: ABŞ-dən Çin nəhənginə QADAĞA – Bu şirkətə çip satışı YASAQLANDI

252876

ABŞ Ticarət Nazirliyi Amerika yarımkeçirici (çip) texnologiyalarının Çin ordusuna çatmasının qarşısını almaq üçün əvvəllər tətbiq etdiyi sanksiyaları sərtləşdirib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, sanksiya tədbirlərinə uyğun olaraq “Intel” və “Qualcomm” kimi aparıcı texnologiya şirkətləri Çin texnologiya nəhəngi olan “Huawei”yə bəzi çiplərin tədarükünü bir qədər də məhdudlaşdırmağa qərar veriblər.

 

Şirkətlərin bu addımı ABŞ Ticarət Nazirliyinin əvvəllər “Intel” və “Qualcomm” şirkətlərinə “Huawei”yə çip satmaq üçün verdiyi bəzi lisenziyaların ləğvindən sonra baş verib.Ticarət Nazirliyinin sözçüsü bildirib ki, yeni sanksiyalar milli təhlükəsizlik maraqlarını qorumaq məqsədi daşıyır. 


Qeyd edək ki, “Huawei” mülki təyanatlı mallar istehsal etməklə bərabər Çin ordusu üçün müxtəlif təyinatlı hərbi vasitələr də istehsal edir. Satılan çiplərdən hərbi vasitələrin istehsalında istifadə imkanlarını nəzərə alaraq ABŞ bəzi yarımkeçiricilərin və süni intellekt prosessorlarının Çinə satışını məhdudlaşdırır. 


Vasif

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO