Ölkə rəhbərliyi qanunsuz miqrasiya problemini həll etməsə, ABŞ-da 11 sentyabr 2001-ci ildəki terror aktı ilə müqayisə edilə biləcək miqyasda yeni bir böyük terror hücumu baş verə bilər.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın sabiq Sərhəd Xidməti rəhbəri və Donald Trampın təhlükəsizlik üzrə müşaviri Tomas Homan bu gün “Fox News” telekanalına verdiyi açıqlamasında bildirib.
Homanın sözlərinə görə, hazırda ABŞ ərazisində təxminən 2 milyon qanunsuz miqrant var və onlar keçmiş prezident Co Baydenin dövründə ölkəyə daxil olublar. O qeyd edib ki, bu şəxslər bilərəkdən ABŞ sərhədçilərindən yayınaraq ölkəyə daxil olublar və rəsmilərlə təmasdan, barmaq izi verməkdən imtina ediblər.
"Əgər biz onları tapa bilməsək, əminəm ki, nəsə baş verəcək", – deyə Homan bildirib.
“Biz bu insanların kim olduğunu, haradan gəldiklərini və hazırda ölkənin hansı hissəsində olduqlarını bilmirik”, – deyə o əlavə edib.
O, bu vəziyyəti ABŞ tarixində "milli təhlükəsizlik sahəsində ən böyük zəiflik" adlandırıb və Bayden administrasiyasının miqrasiya siyasətinin nəticələrinin qarşıdakı 10 il ərzində ölkəyə ciddi problemlər yaradacağını vurğulayıb.
Tomas Homanın çıxışı, ABŞ-da sərhəd təhlükəsizliyi və qeyri-qanuni miqrasiya ilə bağlı narahatlıqların artdığı bir dönəmdə verilib. Trampın komandasına yaxın şəxslər bu məsələni 2024 prezident seçkilərində əsas kampaniya mövzularından biri kimi qaldırmışdılar və görünür, bu ritorika indi də davam edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:50 / 03.06.2025
ABŞ-da 2-ci “11 sentyabr” terror aktı gözlənilir? - Trampın yaxın silahdaşından XƏBƏRDARLIQ
Hazırda oxunan: ABŞ-da 2-ci “11 sentyabr” terror aktı gözlənilir? - Trampın yaxın silahdaşından XƏBƏRDARLIQ
Hazırda oxunan: ABŞ-da 2-ci “11 sentyabr” terror aktı gözlənilir? - Trampın yaxın silahdaşından XƏBƏRDARLIQ
252868
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.