SON DƏQİQƏ! Ukrayna Krım körpüsünü partlatdı – ANBAAN VİDEO

SON DƏQİQƏ! Ukrayna Krım körpüsünü partlatdı – ANBAAN VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ! Ukrayna Krım körpüsünü partlatdı – ANBAAN VİDEO

252835

Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünü partladıb.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, hücum bu gün səhər saat 4:44-də baş verib.

Belə ki, həmin vaxt partlayıcı qurğu işə düşüb və körpünün dayaqlarının sualtı hissəsi partladılıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, körpü ciddi ziyan görüb və qəzalı vəziyyətə düşüb.

Qeyd olunur ki, əməliyyat bir neçə aydır hazırlanıb, mülki əhali arasında itki yoxdur.

"Krım körpüsü tamamilə qanuni hədəfdir, xüsusən də nəzərə alsaq ki, düşmən ondan öz qoşunlarını təchiz etmək üçün maddi-texniki arteriya kimi istifadə edib. Krım Ukraynadır və işğalın istənilən təzahürü bizim sərt cavabımızı alacaq", - deyə Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk bildirib.

Xatırladaq ki, iki gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Rusiya aerodromlarına kütləvi hücum təşkil edərək Rusiya hərbi aviasiyasına güclü zərbə endirmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO