Planetimizin atmosferi yenidən metanla zənginləşəcək və oksigen kritik səviyyədə azalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Yaponiyanın Toho Universiteti və ABŞ-ın Corciya Texnologiya İnstitutunun alimləri birgə araşdırma aparıb.
Tədqiqata görə, təxminən 1 milyard ildən sonra atmosferdəki oksigen səviyyəsi kəskin şəkildə aşağı düşəcək. Bu proses planetin təxminən 2,4 milyard il əvvəl yaşadığı "Böyük Oksidləşmə Hadisəsi" (GOE) kimi tanınan dövrdən əvvəl atmosfer quruluşuna bənzər bir vəziyyətə qayıtması deməkdir.
Araşdırmaya görə, oksigen itkisi günəş işığının yaratdığı suyun buxarlanmasından və okeanların yoxa çıxmasından əvvəl baş verəcək. Bu, bəşəriyyətin və oksigenlə yaşayan bir çox növlərin sonu deməkdir.
Corciya Texnologiya İnstitutundan Kriz Reinhardın sözlərinə görə, bu baş verərsə, indikindən təxminən bir milyon dəfə az oksigen olan atmosfer yarana bilər.
Qeyd olunub ki, Yerin oksigenlə zəngin həyat dövrü planetin ümumi həyatının yalnız 20-30 faizini əhatə edəcək. Oksigen itkisi ilə bitkilər və fotosintetik orqanizmlər yox olacaq, yalnız oksigensiz yaşayan mikroorqanizmlər qalacaq. (Publika.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:10 / 03.06.2025
Bu tarixdə Yerdəki oksigen yox olacaq - Şok proqnoz
Hazırda oxunan: Bu tarixdə Yerdəki oksigen yox olacaq - Şok proqnoz
Hazırda oxunan: Bu tarixdə Yerdəki oksigen yox olacaq - Şok proqnoz
252831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.