Rusiya ordusu Ukraynanın Sumı vilayətində yerləşən Andreyevka yaşayış məntəqəsini ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.
Mənbə qeyd edir ki, Andreyevka Kursk vilayəti ilə sərhəddən bir neçə kilometr məsafədə yerləşir.
Nazirlik əlavə edib ki, “təhlükəsizlik bufer zonası”nın yaradılması çərçivəsində Rusiya ordusu Sumı vilayətində bir neçə kəndi də işğal edib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirirdi ki, Rusiya ordusu Popov Yar, Mirolübovka, Malinovka, Lisovka, Udaçnoye, Novosergiyevka, Novonikolayevka və Andreyevka kəndləri yaxınlığında hücumlara başlayıb. Döyüşlər üç istiqamətdə hələ də davam edir.
Bizim.Media