Moskvada azərbaycanlılara məxsus bazara bomba qoyuldu - SON DƏQİQƏ

Moskvada azərbaycanlılara məxsus bazara bomba qoyuldu - SON DƏQİQƏ

Hazırda oxunan: Moskvada azərbaycanlılara məxsus bazara bomba qoyuldu - SON DƏQİQƏ

25274

Moskvada azərbaycanlı iş adamlarına məxsus “Sadovod” bazarına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, Moskvanın cənub-şərqində, Moskva dairəvi avtomobil yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarına bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına anonim zəng daxil olub. Anonim məlumatla bağlı araşdırma aparılır.

Bazarda hələlik təxliyə həyata keçirilmir.

Qeyd edək ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur. 40 hektar ərazisi olan bazarda 8 min mağaza var. (Apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO